Saytımızı qiymətləndirin


 
 

Bakıda yanacaq daşıyan yük avtomobili qəza edib, partlayış təhlükəsi yaranıb - VİDEO
Tarix: 16-10-2024 | Saat: 10:30
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda yanacaq daşıyan yük avtomobili qəza edib, partlayış təhlükəsi yaranıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yük avtomobilinin qəza etməsi nəticəsində ətrafa dağılan yanacağın yanğın-partlayış təhlükəli yaratması barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “MERCEDES” markalı yük avtomobilinin idarəetməni itirərək tunelin divarına çırpılması nəticəsində yol-nəqliyyat qəzasının baş verdiyi və avtomobilin yanacaq çəninin zədələnməsi nəticəsində yanğın-partlayış təhlükəli vəziyyətin yarandığı müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər sayəsində təhlükə aradan qaldırılıb.

Bakıda yanacaq daşıyan yük avtomobili qəza edib, partlayış təhlükəsi yaranıb - VİDEO



Xəbəri paylaş

96 dəfə oxunub.

Digər xəbərlər