Tarix: 17-01-2023 | Saat: 13:44
Bölmə:Karusel | çapa göndər
İkinci Qarabağ müharibəsinin nəticələrindən dərs almayan erməni kilsəsi öz xalqını revanşizmə meylləndirmək üçün xüsusi canfəşanlığa davam edir.
Qarabaginfo.az xəbər verir ki, Livandakı Böyük Kilikiya kilsəsinin katalikosu I Aram Qarabağ ermənilərilə bağlı bəyanatla çıxış edib.
Katalikos I Aram qeyd edib ki, “Artsax (Qarabağ-red.) ermənilərinin öz müqəddəratını təyinetmə hüququnun qorunması və onların sosial-iqtisadi rifahının dəstəklənməsi hər bir erməninin və bütün ermənilərin borcudur”.
Erməni katalikos öz bəyanatında hətta müharibəyə çağırş da səsləndirib.
Böyük Kilikiya kilsəsinin katalikosu “Hraparak” qəzetində dərc edilmiş müraciətində bildirib:
“Artsaxı xilas etmək üçün xalqımızın övladları hərbi əməliyyatlara məruz qalmalıdır”.
I Aram Böyük Kilikiya Evi katolikosluğunun bütün yeparxiyalarına müraciət edib ki, Qarabağ ermənilərinin blokadaya alınmağı ilə bağlı dünya ictimaiyyətinə yönəlik işi gücləndirsinlər.
O, Qarabağ erməniləri üçün təcili yardımlar toplamağa da çağırıb.
Hazırda dünyada iki erməni kilsəsi fəaliyyət göstərir. Bu kilsələrə iki katolikos rəhbərlik edir. Biri Ermənistandakı Eçmiəzdin kilsəsində, digəri isə Livandakı Kilikiya kilsəsində əyləşir.
Eçmiəzdin Kilsəsinə katalikos II Qaregin rəhbərlik edir. Onun rəhbərlik etdiyi kilsəyə Rusiya, Ukrayna və digər keçmiş SSRİ respublikalarında yerləşən yeparxiyalar, habelə bir sıra Avropa ölkələrində yerləşən yeparxiyalar tabedir.
Kilikiya kilsəsinə isə katalikos I Aram rəhbərlik edir. Kilikiya katalikosluğu Livan, Suriya və Kiprdəki erməni yeparxiyasını idarə edir.
Digər xəbərlər