Saytımızı qiymətləndirin


 
 

Məşhur rəssamların qeyri-adi XÜSUSİYYƏTLƏRİ
Tarix: 16-12-2017 | Saat: 10:18
Bölmə:Karusel / Dünya | çapa göndər

Dünyaca məşhur olan, tarixə rəsmləri ilə öz damğasını vurmuş rəssamların haqqında çoxlu informasiya tapmaq mümkündür –onlar necə yaşayıb, öz qiymətli əsərlərini necə yaradıblar. Bir çoxları əksər hallarda rəssamların xarakterlərinin və sürdükləri həyat tərzinin özünəməxsus xüsusiyyətləri haqqında o qədər də düşünməyib. Halbuki, rəssamın tərcümeyi-halından və ya bu və ya digər rəsm əsərinin yaranma tarixindən xəbər verən bəzi faktlar olduqca maraqlı və diqqət çəkicidir. Modern.az saytı bu faktları sizə təqdim edir.


Frida Kahlo


6 iyulda anadan olmasına baxmayaraq, öz doğum tarixini Meksikada çevrilişin baş verdiyi 7 iyul, 1910-cu il kimi bildirirdi. Çünki o, yaşamının modern Meksikanın yaranması ilə başlanmasını istəyirdi.

Xaraktercə qapalı olan Frida sağlıq problemləri ilə bağlı olaraq özünə bir az da qapanmışdı. O, hələ 6 yaşında ikən uşaq iflici ilə mübarizə aparıb və  9 ay otağından çıxmayıb. Frida bununla bağlı “hər şey ayağımın aşağısında əmələ gələn ağrı ilə başladı” deyirdi.

Bu məşhur rəssamın həyatı mübarizə aparmaqla keçib.1925-ci ildə ağır avtomobil qəzası keçirən Frida 32 dəfə cərrahi  əməliyyat keçirməli olub. Həkimlər onun gəzə bilməyəcəyini, hətta yaşama ehtimalının az olduğunu deyirdilər. Amma o, apardığı mübarizə ilə həyatda qalmağı bacardı. Frida bu hadisə ilə bağlı deyirdi:” Həyatda başıma gələn ən yaxşı şey, acı çəkməyə alışmağımdır”.


Leonardo Da Vinci


Leanardo da Vinçi diqqət pozuqluğundan əziyyət çəkirdi. Hər işini yarımçıq buraxar, hər işə marağını tez itirərdi. Buna görə də çox rəsmləri yarımçıq qalmışdı. Rəssamı dünyaya tanıdan əsas rəsm əsəri Mona Lizadır. Bəzi araşdırmaçılar Da Vinçinin əsərlərində güzgü üsulundan istifadə etdiklərini bildirirlər. Belə ki, onun əlyazmalarını yalnız güzgü vasitəsilə oxumaq mümkündür. 

Mikelancelo


Məşhur italyan əsilli  rəssamdır. Deyilənlərə görə o, qədər pis qoxuyurdu ki, yanındakı işçiləri ilə mütəmmadi olaraq problemlər yaşayırdı.


Van Qoq


Ən məşhur əsərlərindən biri olan  “Ulduzlu gecə” rəsmini psixi dispanserdə müalicə alarkən  çəkmişdi. Psixi problemlər yaşayan Van Qoq xəstəliyinin pik həddə çatdığı dönəmlərdə qablardakı boyaları yeyirdi. O daim təklik duyğusundan əziyyət çəkmiş, həyatının sonuna yaxın aşiq olduğu qıza isə öz qulağını kəsərək hədiyyə etmişdi. Bütün ömrünü aclıq və səfalət içində keçirmiş, daim qardaşının maddi dəstəyi ilə yaşamışdı. Van Qoq sağ ikən heç bir rəsminin satılmasına nail olmamışdı. Rəssam ölümündən sonra rəsmlərinin milyonlara satılacağından xəbərsiz idi. İrvinq Stounun  müəllifi olduğu yaşamaq yanğısı kitabı Van Qoqun həyatından bəhs edir. “ Mən kor adamlara rəsm satmaram” -deyə rəssam bildiriridi.  “Öləndə tapşıracam ki, rəsmlərimi mənimlə birgə qəbirə qoysunlar, rəssam layiqli bildiyini heç kimə vermir. O camaata zir-zibil satır”.

 

Caravaggio

 

Emalatxanada onunla çalışan işçilərinə az müddət öncə dəfn olunmuş cəsədi çıxartdıraraq  model kimi tutmalarını tapşırıb. İşçilər kəskin qoxuya dözməyərək cəsədi buraxdıqları zaman rəssam xəncəri çəkib və onlara yenə əvvəlki kimi durmalarını əmr edib


Salvador Dali


Salvador Dali Parkinson, diqqət əksikliyi, hiperaktiv pozuqluq xəstəsi idi. Aşiq olduğu Galanı cəlb etmək üçün gübrədən hazırladığı bir ətirdən istifadə edirdi.



Xəbəri paylaş

652 dəfə oxunub.

Digər xəbərlər
13-04-2022, 21:10 Bu rayonlara qar yağır