Saytımızı qiymətləndirin


 
 

Ukraynanın yeni PUA-sı təqdim edildi
Tarix: 27-04-2023 | Saat: 17:21
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukraynanın yeni PUA-sı təqdim edildi

 

Ukraynanın "Ukrspecsystems" şirkəti yeni MiniShark pilotsuz uçan aparatını təqdim edib.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə "Ukrayna Hərbi Portalı" nəşri məlumat yayıb.

 

Şirkətdən bildirilib ki, dron xüsusi təyinatlıların və quru qoşunlarının yerüstü hədəflərini aşkar edə bilir.

 

PUA-nın istifadə radiusu 35 kilometrə çatır. Tərtibatçıların fikrincə, yeni dronun üstünlüklərindən biri onun asanlıqla daşımaqdır, çünki PUA-nın bütün sistemi iki bel çantasına sığır.

 

“Qanadlarının açıqlığı 2,5 metr və uzunluğu 125 santimetr olan pilotsuz təyyarənin maksimal uçuş kütləsi 5 kiloqrama qədərdir, uçuşun müddəti isə 2 saatdır”, - nəşr yazır.

 

Həmçinin qeyd edilib ki, elan edilmiş uçuşun maksimal sürəti saatda 120 kilometr, uçuşun hündürlüyü isə 1000 metrdir.

 


Xəbəri paylaş

184 dəfə oxunub.

Digər xəbərlər