Saytımızı qiymətləndirin


 
 

Yanğın bazarın mərkəz hissəsində baş verib - Rəis müavini
Tarix: 23-11-2023 | Saat: 13:32
Bölmə:Karusel / Gündəm | çapa göndər

Yanğın bazarın mərkəz hissəsində baş verib - Rəis müavini

 

Yanğın 3 istiqamətdə baş verib, hərəsinin də sahəsi 1000-1500 kvadrat metr sahəni əhatə edib.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev jurnalistlərə açıqlamasında məlumat verib.

 Onun sözlərinə görə yanğın tam məhdudlaşdırılıb, yanğının qonşu obyektlərə yayılma təhlükəsi yoxdur. Yanğın bazarın mərkəz hissəsində baş verib.

 

"Təhlükəsizliyi təmin etmək məqsədilə işlər görülür. Tədbirlərimiz davam etdirilir", - deyə o əlavə edib.

 

Qeyd edək ki, Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın olub. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.



Xəbəri paylaş

150 dəfə oxunub.

Digər xəbərlər
14-01-2020, 15:19 Deputatlara pul payladılar