Tarix: 28-08-2024 | Saat: 14:48
Bölmə:Karusel / Sosial | çapa göndər
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 5 sentyabr 2024-cü il tarixində saat 09:30-da Masallı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik və Astara rayonlarının sakinlərini qəbul edəcək.
Bu barədə Qarabaginfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Qeyd edilib ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula 4 sentyabr 2024-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.
Digər xəbərlər