Saytımızı qiymətləndirin


 
 

“Embarqoya baxmayaraq, Almaniya Rusiyaya silah ixrac edib”
Tarix: 18-03-2022 | Saat: 22:27
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Embarqoya baxmayaraq, Almaniya Rusiyaya silah ixrac edib”

Almaniyanın Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına rəğmən 2014-2020-ci illərdə 122 milyon avro dəyərində hərbi təchizat göndərdiyi irəli sürülüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Investigate Europe” hesabat yayımlayıb.

Hesabata əsasən, Rusiyanın Krımı ilhaq etməsindən sonra Aİ-nin 2014-cü ildə tətbiq etməyə başladığı silah embarqosuna baxmayaraq, Rusiyaya hərbi təchizat göndərib.

Ölkənin İqtisadiyyat Nazirliyinin sözçüsü Annike Eynhorn açıqlamasında Almaniyanın Aİ-nin 2014-cü ildəki embarqosundan sonra Rusiyaya hərbi təchizat üçün hər hansı yeni lisenziya vermədiyini deyib.

O, 2020-ci ilə qədər davam edən çatdırılma ilə bağlı açıqlama verməyib.

Almaniyanın Rusiyaya xüsusi mühafizə vasitələri, buzqıran gəmilər, tüfəng ixrac etdiyi bildirilib.

Qeyd edək ki, Rusiyanın 2014-cü ildə Krımı qanunsuz olaraq ilhaq etməsindən sonra Aİ bu ölkəyə hər hansı silah və ya silahla əlaqədar ləvazimatların ixracını yasaqlamağa qərar vermişdi.



Xəbəri paylaş

1280 dəfə oxunub.

Digər xəbərlər