Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Sosial > Rəşad Nəbiyev Masallıda vətəndaşları qəbul edəcək
Rəşad Nəbiyev Masallıda vətəndaşları qəbul edəcək28-08-2024, 14:48. Yazar: Admin |
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 5 sentyabr 2024-cü il tarixində saat 09:30-da Masallı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik və Astara rayonlarının sakinlərini qəbul edəcək. Bu barədə Qarabaginfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib. Qeyd edilib ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək. Qəbula 4 sentyabr 2024-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür. Geri dön |