Saytımızı qiymətləndirin


 
 

Azərbaycanlı rejissorun filmi Sarayevo Film Festivalının əsas proqramında yarışacaq
Tarix: 25-07-2024 | Saat: 17:22
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

Rejissor Azər Quliyevin “Sanki yoxsan” filmi nüfuzlu Sarayevo Film Festivalının əsas proqramında nümayiş ediləcək.

Festivalın rəsmi saytında bildirilir ki, müsabiqədə ümumilikdə 54 film yarışacaq.

Festival çərçivəsində bədii, sənədli, qısametrajlı və tələbə filmləri üzrə dörd müsabiqə bölməsində 19 dünya, 9 beynəlxalq, 3 Avropa, 21 regional və 3 milli premyera olması nəzərdə tutulur.

Qeyd edək ki, festival 9 – 23 avqust tarixlərində baş tutacaq.

Xatırladaq ki, “Sanki yoxsan” filmi bundan öncə 77-ci Kann Festivalının da əsas proqramında da yarışıb(apa).



Xəbəri paylaş

1309 dəfə oxunub.

Digər xəbərlər