Saytımızı qiymətləndirin


 
 

Müəllimi təhqir edən direktorla bağlı araşdırma aparılır - RƏSMİ
Tarix: 07-02-2022 | Saat: 10:11
Bölmə:Karusel / Təhsil | çapa göndər

Göygöl rayonunda yerləşən Kəlbəcər rayon 111 nömrəli tam orta məktəbin direktoru Vəfa Əmiraslanovanın kişi müəllimi təhqir etməsini əks etdirən videogörüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

 

Məsələ ilə bağlı Modern.az-ın sorğusunu cavablandıran Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Cəsarət Valehov bildirib ki, nazirlik bu barədə araşdırma aparır:

 

“Təhsil Nazirliyi hazırda bu məsələni araşdırır. Araşdırma başa çatanda məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

 

Qeyd edək ki, Göygöldəki Kəlbəcər rayon 111 nömrəli tam orta məktəbin direktoru Vəfa Əmiraslanova kişi müəllimi təhqir edib. Bu barədə sosial şəbəkələrdə videogörüntü yayılıb. Görüntüdə müəllimlə direktor arasında dərs bölgüsü ilə bağlı mübahisə anı əks olunub.



Belə ki, müəllim direktordan 14 saatlıq dərs vaxtının ondan xəbərsiz azaldılaraq 11-ə endirilməsinin səbəbini soruşub. Xanım direktor səbəbi izah etmək əvəzinə müəllimi biədəb və aşağılayıcı ifadələrlə təhqir edib.



Xəbəri paylaş

277 dəfə oxunub.

Digər xəbərlər