Ana Sayfa > Karusel / Təhsil > Müəllimi təhqir edən direktorla bağlı araşdırma aparılır - RƏSMİ
Müəllimi təhqir edən direktorla bağlı araşdırma aparılır - RƏSMİ7-02-2022, 10:11. Yazar: Admin |
![]() Göygöl rayonunda yerləşən Kəlbəcər rayon 111 nömrəli tam orta məktəbin direktoru Vəfa Əmiraslanovanın kişi müəllimi təhqir etməsini əks etdirən videogörüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Modern.az-ın sorğusunu cavablandıran Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Cəsarət Valehov bildirib ki, nazirlik bu barədə araşdırma aparır:
“Təhsil Nazirliyi hazırda bu məsələni araşdırır. Araşdırma başa çatanda məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, Göygöldəki Kəlbəcər rayon 111 nömrəli tam orta məktəbin direktoru Vəfa Əmiraslanova kişi müəllimi təhqir edib. Bu barədə sosial şəbəkələrdə videogörüntü yayılıb. Görüntüdə müəllimlə direktor arasında dərs bölgüsü ilə bağlı mübahisə anı əks olunub.
Geri dön |