Ana Sayfa > Karusel / Mədəniyyət > Azərbaycanlı rejissorun filmi Sarayevo Film Festivalının əsas proqramında yarışacaq

Azərbaycanlı rejissorun filmi Sarayevo Film Festivalının əsas proqramında yarışacaq


25-07-2024, 17:22. Yazar: Admin

Rejissor Azər Quliyevin “Sanki yoxsan” filmi nüfuzlu Sarayevo Film Festivalının əsas proqramında nümayiş ediləcək.

Festivalın rəsmi saytında bildirilir ki, müsabiqədə ümumilikdə 54 film yarışacaq.

Festival çərçivəsində bədii, sənədli, qısametrajlı və tələbə filmləri üzrə dörd müsabiqə bölməsində 19 dünya, 9 beynəlxalq, 3 Avropa, 21 regional və 3 milli premyera olması nəzərdə tutulur.

Qeyd edək ki, festival 9 – 23 avqust tarixlərində baş tutacaq.

Xatırladaq ki, “Sanki yoxsan” filmi bundan öncə 77-ci Kann Festivalının da əsas proqramında da yarışıb(apa).


Geri dön