Saytımızı qiymətləndirin


 
 

Tanışını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib
Tarix: 19-07-2024 | Saat: 11:56
Bölmə:Karusel / Kriminal | çapa göndər

Tanışını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Gəncə şəhər prokurorluğundan Qarabaginfo.az-a verilən məlumata görə, cari il yanvarın 25-də Gəncə şəhər sakini 1986-cı il təvəllüdlü Vasif Həsənovun öldürülməsi faktı üzrə şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
(https://genprosecutor.gov.az/az/post/7245)

İbtidai istintaqla 1996-cı il təvəllüdlü Yaqub Həsənovun tanışı Vasif Həsənov ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu yaxın qohumlarının gözləri qarşısında bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Yaqub Həsənova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə yekun ittiham elan edilib, müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.



Xəbəri paylaş

1127 dəfə oxunub.

Digər xəbərlər