Saytımızı qiymətləndirin


 
 

Ermənistan Rusiyaya Roma Statutunun tələblərindən yayına bilmək üçün saziş təklif edib
Tarix: 02-11-2023 | Saat: 13:50
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistan Rusiyaya Roma Statutunun tələblərindən yayına bilmək üçün saziş təklif edib

 

Ermənistan Rusiyaya Roma Statutunun tələblərindən yayına bilmək üçün saziş təklif edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə hakim “Vətəndaş Müqaviləsi” partiyasının İdarə Heyətinin üzvü, Ermənistan parlamenti sədrinin müavini Akop Arşakyan brifinq zamanı bildirib.

Arşakyan qeyd edib ki, sazişin imzalanması ilə bağlı Ermənistan Rusiyadan cavab almayıb, lakin Roma Statutunun qüvvəyə minməsinə hələ çox vaxt var.

“Roma Statutunun ratifikasiyasından bir neçə ay əvvəl biz Rusiyanı ikitərəfli müqavilə imzalamağa dəvət etdik ki, dövlətlərimizin arasındakı hüquqi münasibətlərimiz beynəlxalq strukturlar səviyyəsində yoxlamaya məruz qalmasın, Roma Statutunun ratifikasiyası əlaqələrimizə təsir göstərməsin”, - deyə Arşakyan bildirib.

Spikerin müavini əlavə edib ki, iki ölkəyə aid məsələlərlə bağlı beynəlxalq məhkəmə qərarlarının tətbiqini istisna edən razılaşma hüquqi baxımdan əldə edilə bilər.



Xəbəri paylaş

174 dəfə oxunub.

Digər xəbərlər