Tarix: 31-05-2024 | Saat: 14:13
Bölmə:Karusel / Dünya | çapa göndər
İsrail xarici işlər naziri İsrael Katz İspaniya xarici işlər naziri Xose Manuel Albaresin Yerusəlimdəki İspaniya konsulluğuna qoyulan məhdudiyyətləri aradan qaldırmaq istəyini rədd edib.
QArabaginfo.az xəbər verir ki, bu barədə İsrailin baş diplomatı "X" hesabında bildirib.
"İsrail dövləti İspaniya hökumətinin HAMAS-ın rəhbərlik etdiyi Fələstin dövlətini tanımaq barədə birtərəfli qərarı, İsraili məhv etmək və onun yerinə çaydan dənizə qədər Fələstin dövlətinin yaradılması ilə bağlı antisemit bəyanatları qarşısında səssiz qalmayacaq".
İsrail XİN rəhbəri Katz deyib ki, İspaniyanın Yerusəlimdəki konsulluğu ilə Fələstin administrasiyasındakı şəxslər arasında istənilən əlaqə "İsrailin milli təhlükəsizliyinə təhlükə yaradır və tamamilə qadağan olunacaq".
"Biz bu təlimatları ciddi şəkildə tətbiq edəcəyik - pozuntular baş verərsə, İspaniya konsulluğunun bağlanmasına qədər əlavə tədbirlər görüləcək".
Digər xəbərlər