Saytımızı qiymətləndirin


 
 

Şəkidə mal-qara otaran kişini maşın vurub
Tarix: 06-01-2019 | Saat: 11:16
Bölmə:Karusel / Region | çapa göndər

 

 

Şəki rayonunda mal-qara otaran 31 yaşlı kişini maşın vurub.

"Qarabaginfo" “Report”un Şəki-Zaqatala bürosunun məlumatına istinadən xəbər verir ki, rayonun 1987-ci il təvəllüdlü Aran kənd sakini Məhərrəmov İlyas Tərvaz oğlu sağ baldır sümüyünün yerdəyişən sınığı xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı İ.Məhərrəmov kəndin inzibati ərazisində yol kənarında mal-qara otaran zaman minik maşını tərəfindən vurulduğunu bildirib.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Daha əvvəl Goranboyda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib.



Xəbəri paylaş

537 dəfə oxunub.

Digər xəbərlər