Saytımızı qiymətləndirin


 
 

Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək- Bill Qeyts
Tarix: 29-03-2024 | Saat: 12:15
Bölmə:Karusel / Dünya | çapa göndər

“Microsoft” şirkətinin təsisçisi Bill Qeyts hesab edir ki, hazırda süni intellekt insanlar üçün çətin olan işləri yerinə yetirməyə qadir olsa da, gələcəkdə asan işlərin öhdəsindən də gələ bilməyəcək.

Bill Qeyts bu barədə Hindistanın Baş naziri Narendra Modinin Yeni Dehlidəki iqamətgahında onunla söhbətində bildirib.

Bill Qeytsin sözlərinə görə, hazırda dünya süni intellekt texnologiyalarının inkişafının ilkin mərhələsinin şahidi olur. O əlavə edib: “Hazırda süni intellekt ilk dövrlərini yaşayır. O, indi çətin hesab etdiyiniz işləri yerinə yetirəcək, sonra asan saydığınız tapşırıqlarda uğursuz olacaq”.

Qeyts etiraf edib ki, süni intellektdən istifadə bəzi çətinliklərlə müşayiət oluna bilər, baxmayaraq ki, texnologiya çoxlu faydalar təklif edir. O deyib: “Süni intellekt böyük bir fürsət kimi görünür, lakin bununla bağlı bir sıra problemlər var”.

“Microsoft” şirkətinin təsisçisi Hindistanın Baş naziri ilə görüş əsnasında bu Cənubi Asiya respublikasının rəqəmsal inkişafını da yüksək qiymətləndirib. O vurğulayıb: “Deyəsən, rəqəmsal hökumət məhz buradadır. Hindistan nəinki texnologiyaya uyğunlaşır, həm də faktiki olaraq bu istiqamətdə liderdir”(azərtac).



Xəbəri paylaş

1111 dəfə oxunub.

Digər xəbərlər