Tarix: 02-11-2020 | Saat: 14:33
Bölmə:Manşet / Karusel | çapa göndər
“Üç dəfə Ermənistana şans verildi. Baxmayaraq ki, bizim Ordumuz uğurlu əməliyyat keçirirdi. Buna baxmayaraq beynəlxalq vasitəçilərin təkliflərinə hörmətlə yanaşaraq, üç dəfə biz atəşkəslə bağlı razılığa gəldik”.
Qarabaginfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidentini, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədrini və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidentini qəbul edən zaman deyib.
“Üç dəfə də Ermənistan bunu kobudcasına pozub. Birinci dəfə Gəncəni ballistik raketlərlə bombalaması ilə, ikinci dəfə atəşkəsdən 4-5 dəqiqə keçəndən sonra atəşkəsi pozdu, üçüncü dəfə isə Bərdəyə “Smerç” raketi ilə atəşin açılması və onun nəticəsində 21 insan həlak oldu və 70 insan yaralanmışdı. Gəncəyə isə iki ballistik raketlə atəş nəticəsində 30-a yaxın insan həlak olmuşdu. Bu, erməni faşizminin eybəcər sifətidir. Biz nəinki öz torpaqlarımızı düşməndən azad edirik, biz region üçün böyük təhlükə mənbəyi olan erməni faşizminin belini qırırıq”, - Prezident əlavə edib.
Digər xəbərlər