Saytımızı qiymətləndirin


 
 

Ermənistanla Rusiya alternativ yol tapıb - Dənizdən...
Tarix: 22-05-2023 | Saat: 10:11
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistanla Rusiya alternativ yol tapıb - Dənizdən...

 

Gürcüstandan keçərək Ermənistanla Rusiyanı birləşdirən yeganə yol olan Yuxarı Lars yoluna alternativ formalaşdırılır. Əlverişsiz hava şəraiti, avtomobil axınının artması və gecikmələrə görə yük maşınlarının həftələrlə ilişib qaldığı yolun əvəzinə Batum-Novorossiysk dəniz marşrutu ilə və əks istiqamətdə yük daşınmasına start verilib. Bu prosesi təşkil etmək üçün Ermənistan hökuməti operator kimi "C&M INTERNATIONAL" şirkətini seçib.

 

Aprel ayından şirkət dəniz yolu ilə Novorossiysk-Batum, Batum-Novorossiysk istiqamətində yük daşımaları həyata keçirməyə başlayıb. Yüklərin daşınması dövlət subsidiyaları hesabına həyata keçirilməlidir.

 

Qarabaginfo.az xəbər verir ki, şirkətin direktoru David Eloyan "Armenpress"ə müsahibəsində bu istiqamətdə artıq 2 yükdaşımanın həyata keçirildiyini bildirib.

 

“Bu gün gəmimiz 350 konteyner daşıya bilir. Aprelin 18-də biz ilk göndərişi başa vurduq. Novorossiysk və Batum arasında həftədə bir dəfə müntəzəm daşıma planlaşdırırıq. Tələbatla paralel olaraq, zərurət yarandıqda, trafiki 2-3 dəfə artıra biləcəyik. İndi ən vacibi həftədə bir dəfə müntəzəm, dayanıqlı daşıma həyata keçirməkdir”, - Eloyan vurğulayıb.

 

O əmin edib ki, bu variant bir çox sahibkarlar üçün çox faydalı ola bilər: "Yük 20-24 saat ərzində təyin olunmuş yerə çatır. Yol boyu heç bir problem yoxdur, sahibkarlar malların vaxtında tərəfdaşlarına çatacağına əmin ola bilərlər".



Xəbəri paylaş

1108 dəfə oxunub.

Digər xəbərlər