Tarix: 20-03-2023 | Saat: 11:05
Bölmə:Karusel / Region | çapa göndər
Bu gün Moskvada Rusiya və Ermənistan xarici işlər nazirləri arasında görüş keçiriləcək. Rusiya XİN-in açıqladığı məlumata görə, Lavrov Mirzoyan danışıqlarında Laçın yolundakı vəziyyət və Qarabağla bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsi müzakirə olunacaq.
Rusiyalı ekspertlər APA-nın Moskva bürosuna Lavrov-Mirzoyan danışıqlarından gözləntilərini açıqlayıblar. Onların fikrincə, Lavrov-Mirzoyan danışıqları gərgin və sərt keçəcək.
Sergey Markov: “Ermənistan Aİ-nin missiyasını regiona gətirərək ondan Rusiyaya rıçaq, təzyiq kimi istifadə edir”
Rusiya Siyasi Tədqiqatlar İnstitunun direktoru, politoloq Sergey Markov APA-nın Moskva müxbirinə açıqlamasında bildirib ki, Moskva İrəvanın siyasətindən çox narazıdır: “Rusiya və Ermənistan xarici işlər nazirlərinin danışıqları gərgin keçəcək. Çünki Rusiya Ermənistanın Avropa İttifaqının hərbi-mülki missiyasına regiona gətirməsindən narazıdır. Rusiya çox narazıdır ki, Ermənistan KTMT-dəki fəaliyyətini sabotaj edir. Ermənistan Rusiyanın nöqteyi-nəzərindən açıq aydın Rusiyaya arxa çevirib qərbə tərəf gedir. Eyni zaman Ermənistan da Rusiyadan narazıdır. Ermənistan ona görə narazıdır ki, Rusiya Azərbaycanla münaqişədə İrəvanın tərəfini tutmur. Ermənistan Aİ-nin missiyasını regiona gətirərək ondan Rusiyaya rıçaq, təzyiq kimi istifadə edir. Rusiya sərt ermənipərəst mövqe tutmaq istəmir. Ona görə ki, Rusiya və Azərbaycan dost ölkələrdir. Rusiya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Lakin Moskva istəmir ki, Ermənistanın onun regiondakı müttəfiqliyindən getsin. Görünür ki, bu danışıqlardan tərəfləri qane edəcək bir nəticə əldə olunmayacaq”, deyə rusiyalı politoloq vurğulayıb.
Dmitri Solomnikov: “İrəvan Moskvanı şantaj edir”
Müasir dövlət inkişafı institunun direktoru, siyasi ekspert Dmitri Solomnikov APA-ya açıqlamasında bildirib ki, Rusiya və Ermənistan xarici işlər nazirlərinin danışıqlarından irəliləyiş gözləməyə dəyməz.
“Düşünürəm ki, danışıqlar standart keçəcək. Tərəflər vəziyyətin inkişafı ilə əlaqədar fikirlərini bildirəcəklər. Publik olaraq sülh yolu ilə nizamlanmaya dəstəklərini ifadə edəcəklər. Tərəflərin publik bəyanatlarında biz heç bir ciddi mövqe dəyişikliyinin şahidi olmayacağıq. Hal-hazırda baş verənlər, yəni Ermənistanın Aİ missiyasını regiona yerləşdirməsi, İrəvanın Rusiya və KTMT ilə hərbi-texniki əməkdaşlıqdan imtina etməsi prosesi çox uzun çəkəcək. Lavrov-Mirzəyan görüşündə bununla bağlı heç bir düyün açılmayacaq. Çünki Ermənistan bu vəziyyəti Moskvanı şantaj etmək üçün bəhanə kimi istifadə edir. İrəvan Moskvanı Azərbaycanla münaqişədə İrəvandan tərəf tutmaq üçün Qərblə əməkdaşlıqla şantaj edir. Əlbəttə ki, Rusiya öz mövqeyindən geri çəkilməyəcək. Rusiya ermənipərəst mövqe tutmayacaq. Moskva hazırda tutduğu mövqeni tutmağa davam edəcək. Heç bir halda Azərbaycanla mehriban qonşuluq siyasətindən əl çəkməyəcək. Hazırda Rusiya daha çox Azərbaycanın yürütdüyü siyasəti dəstəkləyir. Çünki Bakının mövqeyi daha çox konstruktiv, sistemli və ədalətlidir”, deyə rusiyalı siyasi ekspert əlavə edib.
Digər xəbərlər