Saytımızı qiymətləndirin


 
 

Zelenski Ukraynanın tərəfdaşlarının Kiyevə raket zərbəsi ilə bağlı kəşfiyyat məlumatlarını vermədiyini etiraf edib
Tarix: 13-10-2026 | Saat: 13:53
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna Prezidenti Volodimir Zelenski

 

Ukrayna Prezidenti Volodimir Zelenski ötən gecə Rusiyanın Kiyev və Kiyev vilayətinə raket buraxması ilə bağlı Ukraynanın tərəfdaşlarından əvvəlcədən kəşfiyyat məlumatı almadığını təsdiqləyib.

Qarabaginfo.az xəbər verir ki, Zelenski bu barədə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ki­yevə kifayət qədər ballistik zərbə endirilib, beş raket mülki infrastruktura düşüb.

“Təəssüf ki, bu hücumla bağlı tərəfdaşlarımızdan əvvəlcədən xəbərdarlıq almadıq”, – Ukrayna Prezidenti qeyd edib.

Zelenski qeyd edib ki, Rusiyanın ballistik raket buraxılışları ilə bağlı kəşfiyyat məlumatları insanların həyatını xilas etmək baxımından mühüm əhəmiyyət daşıyır.

“Bu, ən kritik məsələlərdən biridir. Ballistik raket hücumu barədə əvvəlcədən xəbərdarlıq məhz insanların öldürülməsinin qarşısını almağa imkan verir”, – o əlavə edib.



Xəbəri paylaş

6 dəfə oxunub.

Digər xəbərlər
10-02-2022, 10:37 Prezident qəbul keçirdi