Saytımızı qiymətləndirin


 
 

Rusiya hökuməti Ukraynanın "Yandex" data mərkəzlərinə endirdiyi zərbələrin nəticələrini müzakirə edir
Tarix: 13-10-2026 | Saat: 14:48
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiya hökuməti Ukraynanın "Yandex" data mərkəzlərinə endirdiyi zərbələrin nəticələrini müzakirə edir

Hökumət Ukrayna Silahlı Qüvvələrinin "Yandex" data mərkəzlərinə endirdiyi zərbələrin nəticələrini müzakirə edir.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

"Maliyyə itkiləri barədə danışmaq hələ tezdir. Bilirsiniz ki, şirkət güclü və qüdrətlidir. Bəli, hazırda çətinliklərlə üzləşir və əlbəttə ki, bu məsələ hökumətdə müzakirə olunur", Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, keçən həftə Ukrayna Ryazan, Kaluqa və Vladimir vilayətlərindəki üç Yandex data mərkəzinə hücum edib. Bu, şirkətin Yandex Pay da daxil olmaqla xidmətlərində və bütün RuNet-də nasazlıqlara səbəb olub.



Xəbəri paylaş

5 dəfə oxunub.

Digər xəbərlər