Saytımızı qiymətləndirin


 
 

ARDNF-in gəlirləri bu ilin ilk rübündə 3,2 mlrd. manata yaxınlaşıb
Tarix: 23-04-2026 | Saat: 14:59
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

ARDNF-in gəlirləri bu ilin ilk rübündə 3,2 mlrd. manata yaxınlaşıb

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2026-cı ilin əvvəlinə 73 541,5 milyon ABŞ dolları (125 020,5 milyon manat), 2026-cı il mart ayının 31-nə isə 73 515,9 milyon ABŞ dolları (124 976,9 milyon manat) təşkil edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Fonddan bildirilib.

2026-cı ilin yanvar-mart ayları ərzində ARDNF-nin ümumi gəlirləri 3 180,0 milyon manat təşkil edib. Sözügedən dövrdə Fondun neft-qaz gəlirləri 1 803,1 milyon manat olub.

Vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan toplam gəlirlər 1 mlrd. 376,8 milyon manat təşkil etmiş, o cümlədən qızıl qiymətinin dəyişməsindən və valyutalar üzrə məzənnə fərqindən yaranan büdcədənkənar gəlirlər 2 117,9 milyon manat olub. Eyni zamanda, investisiya portfelinin bazar dəyərinin dəyişməsi fonunda investisiya gəlirləri üzrə 741,1 milyon manat həcmində azalma qeydə alınıb. Büdcə xərcləri hesabat dövrü üzrə 3 223,5 milyon manat təşkil edib.



Xəbəri paylaş

12 dəfə oxunub.

Digər xəbərlər