Saytımızı qiymətləndirin


 
 

Liberman İlham Əliyevi təbrik etdi
Tarix: 26-12-2023 | Saat: 13:41
Bölmə:Karusel / Gündəm | çapa göndər

Liberman İlham Əliyevi təbrik etdi

İsrail Knessetinin deputatı Aviqdor Liberman Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Qarabaqinfo.az xəbər verir ki, məktubun mətnində deyilir:

 

“Möhtərəm cənab İlham Əliyev.

 

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

 

Bu il Sizin Azərbaycan Respublikasına rəhbərliyinizin 20 ili tamam oldu. Siz atanızın, əfsanəvi dövlət xadimi Heydər Əliyevin siyasətini davam etdirirsiniz.

 

Ölkəniz Sizin rəhbərliyinizlə siyasət, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə böyük uğurlar qazanıb. Mən Bakıda tez-tez oluram və Sizin hakimiyyətiniz dövründə Azərbaycanda baş verən böyük dəyişikliklərin şahidiyəm.

 

Sizə möhkəm cansağlığı arzulayıram. Bizdə - İsraildə deyildiyi kimi, 120 il yaşayasınız!

 

Sizə gözəl ölkənizin rifahı naminə yeni-yeni uğurlar diləyirəm.

 

Azərbaycan Respublikasına sülh və tərəqqi arzulayıram”.



Xəbəri paylaş

164 dəfə oxunub.

Digər xəbərlər