Saytımızı qiymətləndirin


 
 

Milli Məclis sədrinin müavini: “Ermənistan təxribatlara dərhal son qoymalıdır”
Tarix: 28-05-2021 | Saat: 18:08
Bölmə:Karusel / Region | çapa göndər

“Ölkəmizin üzləşdiyi ən böyük ekoloji problemlərdən biri də Ermənistan tərəfindən vaxtilə işğal olunmuş Azərbaycan ərazilərindəki flora və faunanın kütləvi şəkildə məhv edilməsi, irimiqyaslı yanğınların törədilməsidir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən IX Neva Beynəlxalq Ekoloji Konqresində Milli Məclis sədrinin müavini Adil Əliyev deyib.

Assambleya görüşündə çıxış edən Adil Əliyev ekoloji tarazlığın qorunmasının, ekosistemin inkişafının hər kəsin əsas vəzifəsinin olmasını bildirib: “Ermənistan şam meşələrini, min illik ağacları və meşələrdə yaşayan vəhşi heyvanları məhv etməsi, çayları çirkləndirməsi, habelə axar çayların qarşısını kəsməsi də daxil olmaqla bütün növdən olan ekoloji cinayətləri törədib. Ermənistanın beynəlxalq konvensiyalara zidd olan qanunsuz fəaliyyətlər, o cümlədən təbii sərvətlərin talan edilməsi, su ehtiyatlarının çirklənməsi nəticəsində ölkəmizdə, habelə regionun həm ekologiyasında, həm də təhlükəsizliyinə çox ciddi təhdidlər formalaşıb. Ermənistan dövlətinin birbaşa ekoloji təhlükəsizliyi təhdid edən qanunsuz fəaliyyətləri, BMT-nin Bioloji Müxtəliflik Konvensiyası, Səhralaşma ilə Mübarizə Konvensiyası və Ermənistanın olduğu digər beynəlxalq müqavilələr də daxil olmaqla bir çox beynəlxalq konvensiyanın öhdəliklərinin kobud şəkildə pozulmasıdır”.

Deputat habelə, ölkəmizin ekoloji sabitliyin qorunması istiqamətində bütün addımları atmasını, eləcə 2030-cu ildə ölkəmiz üçün müəyyən edilmiş 5 əsas prioritetdən birinin yenə də ekoloji tarazlığın qorunması olmasını qeyd edin, həmçinin, işğaldan azad edilmiş əzəli və əbədi torpaqlarımızda da məhv edilmiş yaşıllıqların əvəzinə yeni yaşıllıqlar salınır.

Milli Məclis sədrinin müavini öz çıxışında Ermənistanın müharibədə uduzaraq sülh danışığını imzalamasına baxmayaraq, sərhədyanı ərazidə son günlər təxribat törətməyə cəhd etməsini, bununla da üzərinə götürmüş olduğu 10 noyabr tarixli üçtərəfli bəyanatın icra edilməsindən yayınmasını bildirib: “Ermənistan tərəfindən həyata keçirilən bu təxribatlara dərhal son qoyulması və belə hallara bir daha yol verilməməsi lazımdır. Əks halda isə bunun nəticəsinin Ermənistan üçün daha ağır olacaq”.(APA)



Xəbəri paylaş

1336 dəfə oxunub.

Digər xəbərlər