Tarix: 09-03-2024 | Saat: 15:28
Bölmə:Karusel / Gündəm | çapa göndər
Fransanın islamofobiya siyasətindən danışdığım üçün ölkəyə girişimə qadağa qoyuldu.
Qarabaqinfo.az xəbər verir ki, bunu “CAGE İnternational”ın idarəedici direktoru Muhammad Abdur Rabbani "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" adlı beynəlxalq konfransda panel müzakirəsində çıxışı zamanı deyib.
“Fransanın islamafobiya siyasətindən bəhs edən təşkilatlar qapadılır. Fransada müsəlmanların hüquq yoxdur ki, ictimai-siyasi məsələlərdə iştirak etsinlər. Fransa müsəlmanları sıxışdırır və bu, qəbuledilməzdir. Fransa Daxili İşlər Nazirliyi açıq-aydın bəyan edir ki, müsəlmanlara qarşı ciddi işlər görəcəklər. Fransa siyasəti getdikcə avtoritarlaşır, ciddiləşir”, - deyə o bildirib.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
Digər xəbərlər