Saytımızı qiymətləndirin


 
 

“Erməni polisinə azərbaycanlıların maneəsiz hərəkətini təmin etmək tapşırılıb” - Deputat Qazinyan
Tarix: 24-08-2022 | Saat: 15:36
Bölmə:Karusel / Region | çapa göndər

“Erməni polisinə azərbaycanlıların maneəsiz hərəkətini təmin etmək tapşırılıb” - Deputat Qazinyan“Ermənistanın suveren ərazisindən keçəcək olan “Zəngəzur dəhlizi”nin təmin edilməsi ilə bağlı Türkiyə və Azərbaycan təzyiqləri kritik həddə çatdırıb.

Qarabaginfo.az “Aysor”a istinadla xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin üzvü, müxalif deputat Artur Qazinyan deyib.

O, Paşinyanı zəif siyasət yürütməkdə ittiham edib:

“Ermənistanın de-yure hökuməti özünün “inqilabçı” liderinin dili ilə hər hansı “dəhliz məntiqini” istisna edib və bu “dəhlizin” qarşısını almağa hər cür cəhd edir. Səbəblərin vətənpərvərlik və ya dövlət maraqları ilə heç bir əlaqəsi yoxdur. Burada əsas olan şey nəyin bahasına olursa olsun hakimiyyəti saxlamaq istəyi dayanır.

Noyabrın 9-da bəyanatın 9-cu bəndinə əsasən, Ermənistan Azərbaycanla Naxçıvan arasında fasiləsiz və təhlükəsiz rabitəni təmin etməyi öhdəsinə götürüb və bu rabitə Rusiya Federasiyası FTX-nin sərhəd mühafizə qüvvələri tərəfindən izlənilməlidir”.

“O da qeyd olunur ki, tərəflərin razılığı ilə yeni yollar layihələndirilə və tikilə bilər. Həmin bəyanatda Ermənistan ərazisindən “dəhliz”in təmin edilməsindən bəhs edilmir, Azərbaycanın isə Ermənistan və “Artsax” arasında nəqliyyat dəhlizini təmin etmək və zəmanət vermək öhdəliyi var.

Bu məntiq çərçivəsində Ermənistanın de-yure hökuməti Ermənistanın şərq sərhədində sərhəd-keçid məntəqələrinin yerləşdirilməsi barədə qərar qəbul edib, Milli Təhlükəsizlik Xidməti və polis qüvvələrinə azərbaycanlıların müəyyən olunmuş yollar üzrə maneəsiz və fasiləsiz hərəkətini təmin etmək tapşırılıb.

Məncə, bu, Rusiya və İrana Ermənistanın 10 noyabr bəyanatından irəli gələn öhdəlikləri yerinə yetirdiyini göstərmək məqsədi daşıyan siyasi gediş idi və Türkiyə və Azərbaycan hakimiyyətinin “Zəngəzur dəhlizi” açmaq tələbləri həmin bəyanatla ziddiyyət təşkil edir.

Bəs Ermənistanın de-yure hakimiyyətinin cəhdləri uğursuzluğa düçar olsa və onlar dilemma ilə üzləşsə, nə baş verəcək? İqtidar ya Türkiyə-Azərbaycan tələbləri ilə razılaşaraq “dəhliz” üçün Ermənistanın suveren ərazisini təhvil verməli, ya da Rusiya və İranın iştirakı ilə yeni qanlı müharibəyə girməlidir.

Hər ikisi təkcə Ermənistan üçün deyil, bütün region üçün fəlakət təşkil edəcək. Çünki bu müharibə daha genişmiqyaslı və əhatəli olacaq, itkilər və dağıntılar isə 44 günlük müharibədən on dəfə çox olacaq. Ermənistanın bütün ərazisi, o cümlədən İrəvan və Kaskad (İrəvandakı mərkəzi abidə - red.) aktiv hərbi əməliyyatların döyüş meydanına çevriləcək.

İndiki vəziyyətdə Ermənistanın de-yure hökumətinin yeganə rasional və düzgün addımı Baş nazirin istefası və ondan əvvəlki hökumətin bütün şifahi razılaşmalarından imtina edən yeni müvəqqəti hökumətin formalaşdırılması olacaq. Belə olan halda Azərbaycan və Türkiyə Ermənistan hökumətinə yolverilməz təzyiq göstərmək üçün müvəqqəti olaraq beynəlxalq legitimlikdən məhrum olacaqlar”. (Yenisabah.az)



Xəbəri paylaş

1176 dəfə oxunub.

Digər xəbərlər