Saytımızı qiymətləndirin


 
 

Nazirlik “Azərbaycan məktəbi”nin sabiq baş redaktoru ilə bağlı məsələyə münasibət bildirib
Tarix: 06-12-2021 | Saat: 18:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rahil Nəcəfov

Təhsil Nazirliyi qurumun mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının baş redaktoru olmuş Rahil Nəcəfovun AMEA əməkdaşlarının pulunu mənimsəməsi ilə bağlı məsələyə münasibət bildirib.

Nazirlikdən Qarabaginfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Nəcəfov Rahil Nadir oğlu ilə bağlanmış əmək müqaviləsinə 19 yanvar 2021-ci il tarixindən xitam verilib.

Qeyd edək ki, məlumata görə, R. Nəcəfov akademiyanın bir neçə əməkdaşını Təhsil Nazirliyində işlə təmin edəcəyi, xaricdə aldıqları diplomların ölkəmizdə tanınacağı, dissertasiya işinin yazılacağı, eləcə də xarici nüfuzlu jurnallarda məqalələrinin dərc ediləcəyinə dair inandıraraq onlardan 3-5 min manat məbləğində pul tələb edib və əməkdaşların pulunu mənimsəyib.

Zərərçəkmiş şəxslər Rahil Nəcəfovun hüquqazidd əməlləri ilə bağlı polis orqanlarına şikayət ediblər.

Faktla bağlı araşdırma aparılır.

O, 2018-2021-ci illərdə Təhsil Nazirliyinin əsas mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının baş redaktoru olub.



Xəbəri paylaş

1326 dəfə oxunub.

Digər xəbərlər