Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı xidmətlərindən gəlirlər 10% artıb
Tarix: 13-10-2026 | Saat: 13:50
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Bakıda bu yollarda nəqliyyatın hərəkəti üç gecəlik məhdudlaşdırılır

2026-cı ilin yanvar-sentyabr aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsində 12 816,6 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10 faiz çox xidmət göstərilib.

Bu barədə Qarabaginfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, xidmətlərin 7 652,2 milyon manatı (59,7 faizi) yük daşınması, 3 495,5 milyon manatı (27,3 faizi) sərnişin daşınması, 1 668,9 milyon manatı (13 faizi) isə anbar təsərrüfatı və poçt xidmətlərinin payına düşüb.

Nəqliyyat sektorunda 183,1 milyon ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 3,0 faiz çox yük daşınıb. Yüklərin 63,5 faizi avtomobil, 25,1 faizi boru kəməri, 7,6 faizi dəmir yolu, 3,6 faizi dəniz, 0,2 faizi hava nəqliyyatı ilə daşınıb.

Hesabat dövründə 1771,3 milyon və ya ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz çox sərnişin daşınıb. Sərnişinlərin 90,5 faizi avtomobil nəqliyyatı, 8,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.



Xəbəri paylaş

6 dəfə oxunub.

Digər xəbərlər