Saytımızı qiymətləndirin


 
 

Avropa Komissiyası: CQD-nin strateji əhəmiyyəti fonunda Azərbaycanla əməkdaşlığımızı intensivləşdirməyə çalışırıq
Tarix: 14-07-2022 | Saat: 16:20
Bölmə:Karusel / Dünya | çapa göndər

Avropa Komissiyası: CQD-nin strateji əhəmiyyəti fonunda Azərbaycanla əməkdaşlığımızı intensivləşdirməyə çalışırıq - EKSKLÜZİV

“Biz Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti fonunda Azərbaycanla əməkdaşlığımızı intensivləşdirməyə çalışırıq”.

Qarabaginfo.az xəbər verir ki, bunu Apa-nın sorğusuna cavab olaraq Avropa Komissiyasının mətbuat xidmətindən bildirilib.

Mətbuat xidməti Avropa Komissiyasının Avropa İttifaqı (Aİ) ölkələrinə təbii qaz idxalını artırmaq üçün Azərbaycanla saziş və qazın həcmini artırmaq üçün boru kəmərinin genişləndirilməsinə dəstək vermək təklifi barədə xəbəri şərh etməyib.

“Komissarlar Kolleci tərəfindən təsdiqlənməmiş sızdırılmış sənədləri şərh etmirik”, - vurğulanıb.

Bildirilib ki, REPowerEU Planı ilə yanaşı, may ayında dərc edilmiş xarici enerji strategiyasında qeyd edildiyi kimi, Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti fonunda Azərbaycanla əməkdaşlığımızı intensivləşdirməyə çalışırlar: “Bu, açıq-aydın Rusiya yanacağından uzaqlaşmaq səylərimizin bir hissəsidir. Trans-Adriatik Boru Kəmərinin (TAP) gücünün genişləndirilməsi Avropa İttifaqı və Qərbi Balkan ölkələrinə qaz tədarükünü artıracaq”.

O da bildirilib ki, Azərbaycan və Aİ enerji sahəsində əməkdaşlığı müzakirə etmək üçün Aİ-nin Enerji məsələləri üzrə komissarı Kadri Simson bu ayın sonunda Azərbaycana səfər edəcək.



Xəbəri paylaş

1251 dəfə oxunub.

Digər xəbərlər