Tarix: 03-11-2021 | Saat: 12:24
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
“Azərbaycanda Vergi Məcəlləsi hazırlanan zaman ölkədə kölgə iqtisadiyyatının səviyyəsi bəlkə də 70-80% idi. Artıq ölkədə nə qədər əmək müqavilələri bağlanıb, kölgə iqtisadiyyatı ilə mübarizə genişlənib".
Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Ziyad Səmədzadə deyib.
O bildirib ki, ölkədə həmin dövrdə aclıq, yoxsulluq vardı, iş yerləri yox səviyyəsində idi: “Biz belə şəraitdə yaşamışıq. Tam razıyam ki, Vergi Məcəlləsi yenidən hazırlanmalıdır. Bildiyimə görə, artıq məcəllənin hazırlanması üçün iş gedir. Nəhayət ki, biz artıq Prezidentin ifadə etdiyi sosialyönümlü bazar iqtisadiyyatını qururuq. Vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi gedir. Bu gün çox təəssüflə bildirirəm ki, Azərbaycan büdcəsində ən böyük xərclərdən biri səhiyyə sahəsi ilə bağlıdır. Bu, həmin təşkilatlar qarşısında sual qoyur”.
Z. Səmədzadə kitabların, dərsliklərin ƏDV-dən azad edilməsinə də münasibət bildirib: “Neçə kitab mağazaları bağlandı. Biz uzun illər bu güzəştin müəyyən edilməsini təklif etmişik”.(Apa)
Digər xəbərlər