Saytımızı qiymətləndirin


 
 

Ən kök kişi və qadınlar hansı ölkələrdədir...
Tarix: 14-03-2024 | Saat: 14:21
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Ən kök kişi və qadınlar hansı ölkələrdədir...

2022-ci ildə dünyada 1 milyarddan çox insan piylənmədən əziyyət çəkib.

Qarabaqinfo.az ın məlumatına görə, bu barədə məlumat “Lancet” jurnalında dərc edilən məqalədə qeyd olunub.

Tədqiqatçılar öz nəticələrini 190 ölkədən 220 milyondan çox insanın çəkisi və boyu ölçülərinə əsaslanıb. Müəyyən edilib ki, 1990-cı ildən bəri böyüklər arasında piylənmə nisbəti iki dəfə, uşaqlar və yeniyetmələr arasında isə dörd dəfə artıb.

Təhlillər göstərir ki, aşağı və orta gəlirli ölkələrdə piylənmə yüksək gəlirli ölkələrdən daha çoxdur. 2022-ci ildə Polineziya və Mikroneziyada böyüklərin 60%-dən çoxu piylənmədən əziyyət çəkib. Qadınlar arasında piylənmə ən yüksək Tonqada (81%-i), kişilər arasında isə Amerika Samoasındadır (70%-i). Bu ölkələrdə piylənmənin yüksək olmasını ölçülərə dəyər verən mədəniyyətlə əlaqələndirirlər.

Tarixən yetərincə qida il bağlı problemləri olan Afrika və Yaxın Şərq ölkələri indi də çəki artımı ilə mübarizə aparır.

Türkiyə 43 faizlə Avropada qadınların piylənmədən ən çox əziyyət çəkdiyi ölkə olub. Kişilərin piylənmə ilə ən çox mübarizə apardığı ölkə Rumıniyadır (38%). Fransalı qadın və kişilər regionda ən zərif insanlar hesab edilir. Burada kişi və qadınların 10%-i piylənmədən əziyyət çəkir. Amerikada qadınların 44%-i, kişlərin 42%-i obez hesab olunur.

Tədqiqat zamanı məlum olub ki, tədqiq edilən ölkələrin üçdə ikisində kök uşaqlar az çəkili uşaqlardan çox olub. Zəngin ölkələrdə uşaqlar arasında piylənmə əsasən yoxsul ailələrdə müşahidə edilib. Lakin yoxsul ölkələrdə bu, orta sinifdə yaşayan insanların problemidir.

Qeyd edək ki, piylənmə dərəcəsi bədən kütlə indeksi adlı göstərici ilə ölçülür. Bədən kütlə indeksi insanın çəkisinin (kiloqramla) boyunun (metrlə) kvadratına bölməklə tapılır. Əgər nəticə 30-dan yüksəkdirsə, bu zaman həmin şəxsin piylənmədən əziyyət çəkdiyi hesab olunur.



Xəbəri paylaş

147 dəfə oxunub.

Digər xəbərlər