Ana Sayfa > Karusel / Dünya > Ən kök kişi və qadınlar hansı ölkələrdədir...
Ən kök kişi və qadınlar hansı ölkələrdədir...14-03-2024, 14:21. Yazar: Admin |
2022-ci ildə dünyada 1 milyarddan çox insan piylənmədən əziyyət çəkib. Tədqiqatçılar öz nəticələrini 190 ölkədən 220 milyondan çox insanın çəkisi və boyu ölçülərinə əsaslanıb. Müəyyən edilib ki, 1990-cı ildən bəri böyüklər arasında piylənmə nisbəti iki dəfə, uşaqlar və yeniyetmələr arasında isə dörd dəfə artıb. Türkiyə 43 faizlə Avropada qadınların piylənmədən ən çox əziyyət çəkdiyi ölkə olub. Kişilərin piylənmə ilə ən çox mübarizə apardığı ölkə Rumıniyadır (38%). Fransalı qadın və kişilər regionda ən zərif insanlar hesab edilir. Burada kişi və qadınların 10%-i piylənmədən əziyyət çəkir. Amerikada qadınların 44%-i, kişlərin 42%-i obez hesab olunur. Tədqiqat zamanı məlum olub ki, tədqiq edilən ölkələrin üçdə ikisində kök uşaqlar az çəkili uşaqlardan çox olub. Zəngin ölkələrdə uşaqlar arasında piylənmə əsasən yoxsul ailələrdə müşahidə edilib. Lakin yoxsul ölkələrdə bu, orta sinifdə yaşayan insanların problemidir. Geri dön |