Saytımızı qiymətləndirin


 
 

Çexiya müharibədən sonra Ukraynanın bərpasında iştirak edəcək
Tarix: 22-05-2022 | Saat: 08:47
Bölmə:Karusel / Dünya | çapa göndər

Çexiya müharibədən sonra Ukraynanın bərpasında iştirak edəcək

Ukraynanın müharibədən sonrakı bərpası Çexiyanın prioritetlərindən biri olacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Çexiyanın baş naziri Petr Fiala prezident Miloş Zemanın yanında ekspertlər qrupunun iclasından sonra bildirib.

Onun sözlərinə görə, iyulun 1-dən Avropa İttifaqında (Aİ) altı aylıq sədrliyi dövründə Çexiyanın prioritetlərindən biri Ukraynanın müharibədən sonrakı bərpası olacaq.

Fiala bildirib ki, görüş iştirakçıları Ukraynadakı vəziyyət, enerji təhlükəsizliyi məsələləri, digər iqtisadi problemlər, həmçinin müdafiə xərclərinin NATO-nun tələb etdiyi ÜDM-in 2%-nə qədər artırılması məsələsini müzakirə ediblər.

Baş nazir onu da bildirib ki, Zemanla razılaşmaya əsasən, o, iyunda Madriddə keçiriləcək NATO sammitində Çexiyanı təmsil edəcək.



Xəbəri paylaş

1271 dəfə oxunub.

Digər xəbərlər