Saytımızı qiymətləndirin


 
 

Avropa Liqasıda ən yaxşılar – Lunyov 1-ci, Juninyo 3-cü pillədə
Tarix: 08-03-2024 | Saat: 12:32
Bölmə:Karusel / İdman | çapa göndər

Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra müxtəlif göstəricilər üzrə turnirin ən yaxşıları açıqlanıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, “Qarabağ” və futbolçuları dörd göstəricidə hamını qabaqlayırsa, bir statistikada üçüncüdür.

Bunlardan ikisi komandaya, ikisi isə futbolçulara məxsusdur.

“Qarabağ” topa nəzarəti geri qaytarmaqda hamıdan öndədir. Ağdam klubu 395 dəfə topu rəqibdən alıb.

Qapıçılarının ümumi “seyv” sayında da “Qarabağ” liderdir – 39 dəfə.

“Qarabağ”ın bütün “seyv”ləri Andrey Lunyovun hesabındadır. O, qapıçılar arasında liderdir.

Təmsilçimizin yarımmüdafiəçisi Julio Romao topalmada hamını qabaqlayır – 27 dəfə.

Bundan başqa, qapıya zərbə sayında Olavio Juninyo Avropa Liqasında 3-cüdür. 10 zərbəsi olan braziliyalı yalnız Pyer-Emerik Obameyanq (13) və Romelu Lukakudan (12) geri qalır.

Qeyd edək ki, 1/8 finalın ilk oyununda “Bayer”i qəbul edən “Qarabağ” 2:2 hesablı heç-heçəyə imza atıb.



Xəbəri paylaş

1100 dəfə oxunub.

Digər xəbərlər