Saytımızı qiymətləndirin


 
 

“Şarl Mişel bizə mane olmadı” - Paşinyan
Tarix: 25-12-2021 | Saat: 09:02
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Şarl Mişel bizə mane olmadı” – Paşinyan

“Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüş zamanı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə müzakirə etdiyimiz eyni məsələlərdən danışdıq”.

Qarabaginfo.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu cümə günü Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransı zamanı deyib.

“Təkbətək söhbət zamanı da eyni məsələ müzakirə olundu. Elə hal olmadı ki, Şarl Mişel 20 dəqiqə otağı tərk etsin, biz “aha” deyək və əvvəllər müzakirə etmədiyimiz bir şey haqqında danışmağa başlayaq”.

Paşinyanın sözlərinə görə, o, Əliyevlə söhbəti mövcud gündəm ətrafında davam etdirib: nə dinamikada, nə də məzmunda heç bir dəyişiklik olmayıb.

Paşinyan əlavə edib ki, Şarl Mişelin görüşdə iştirakı onların hər hansı bir məsələni müzakirə etmələrinə mane olmayıb.(Konkret.az)



Xəbəri paylaş

1279 dəfə oxunub.

Digər xəbərlər