Saytımızı qiymətləndirin


 
 

Çingiz Əsgərov: “Əminəm ki, Avropa Məhkəməsi Ermənistanın təzminat ödəməsi barədə qərar qəbul edəcək”
Tarix: 10-10-2022 | Saat: 11:21
Bölmə:Karusel / Siyasət | çapa göndər

Çingiz Əsgərov

 

Azərbaycan xalqına qarşı törədilən erməni cinayətləri ilə bağlı bütün materiallar Avropa Məhkəməsinə təqdim edilib.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov Sosial Tədqiqatlar Mərkəzi tərəfindən təşkil edilən “Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda konfransda çıxışında bildirib.

Çingiz Əsgərov deyib ki, Azərbaycan öz haqqını beynəlxalq məhkəmələrdə müdafiə edir: “Biz artıq 2003-cü ildən bu işlə məşğul oluruq. Avropa Məhkəməsində “Çıraqov və digərləri Ermənistana qarşı” şikayəti daxil olduqdan sonra Azərbaycan dövləti bu işlə daha yaxından məşğul olmağa başlayıb. 2015-ci ildə Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” iş üzrə qərarında artıq müharibə cinayətlərini əks etdirən Haaqa Konvensiyasına və Nizamnaməsinə istinad olunub. Həmin mətndə tarixdə ilk dəfə olaraq beynəlxalq məhkəmənin qərarında Ermənistan dövləti tərəfindən Azərbaycan Respublikasının ərazisinin bir qismini işğal altında saxlaması faktı əks etdirilib”.

Çingiz Əsgərov nəzərə çatdırıb ki, 2020-ci ilin oktyabr ayında Azərbaycan dövləti Avropa Məhkəməsinə dövlətlərarası şikayətlə müraciət edib: “2021-ci ilin yanvar ayında Azərbaycan böyük bir dövlətlərarası şikayəti təqdim edib. Həmin şikayətdə əlbəttə ki, Ermənistanın törətdiyi müharibə cinayətlərini təşkil edən əməllər təfərrüatlı olaraq əks etdirilib. Əminəm ki, biz bu sahədə də qələbə qazanacağıq. Əminəm ki, Avropa Məhkəməsi ədalətli qərar qəbul edəcək, Ermənistanın təzminat ödəməsi barədə qərar qəbul edəcək”.



Xəbəri paylaş

1143 dəfə oxunub.

Digər xəbərlər