Saytımızı qiymətləndirin


 
 

Cevdet Yılmaz: Türkiyə-Azərbaycan əməkdaşlığının türk dünyası ölkələrinə də nümunə olacağını düşünürəm
Tarix: 08-05-2024 | Saat: 20:05
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycan-Türkiyə iqtisadi əlaqələri – Təhlil - AZƏRTAC

“Türkiyə-Azərbaycan arasında əməkdaşlığın bölgəmizə və türk dünyası ölkələrinə də nümunə olacağını düşünürəm”.

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Türkiyə-Azərbaycan biznes forumunda çıxışında deyib.

O bildirib ki, xüsusilə Cənubi Qafqazda sülhün yaranması, normallaşmanın hakim olması ilə birlikdə regional rifahın artacağına və bundan bütün ölkələrin istifadə edəcəyinə inanır: “Azad edilmiş ərazilərin yenidənqurulması və bərpasında türk özəl sektorunun çox mühüm rol oynayacağına inanıram”.

O qeyd edib ki, Azərbaycanda 6000 qeydiyyatda olan türk şirkəti var və aktiv olanların sayı 4000-dən çoxdur: “Bu sayın artmasını istəyirik. Azərbaycandan da Türkiyəyə gələn və sərmayə qoyan 3000 şirkət var. Podratçılıq sektoru da Azərbaycanla əlaqələrimizdə əsas yeri təşkil edir. İşğaldan azad olunan ərazilər başda olmaqla bu günə qədər 19,3 milyard dollar dəyərində 526 layihəni podratçılarımız üzərinə götürüb”.



Xəbəri paylaş

141 dəfə oxunub.

Digər xəbərlər