Rusiya prezidenti Vladimir Putinin gəlişi ilə əlaqədar Krasnodarda mobil rabitə və internet kəsilib.
Qarabaginfo.az xəbər verir ki, bütün rabitə növləri Putinin açılışına gəldiyi saraydan 10 kilometr radiuslu zona ilə məhdudlaşdırılıb.
Şəhərin 5 magistral yolu da bağlanacaq, Krasnodar sakinlərinə prezidentin gələcəyi yerin yaxınlığında gəzmək qadağan olunacaq.
Bu barədə məlumatlar şəhərin ictimai səhifələrində dərc olunub.
Meriya Putinin səfərini şərh etməyib.