Saytımızı qiymətləndirin


 
 

Türkiyə səfiri: Bəzi qüvvələr FETÖ-nün məhv olmasına imkan vermir
Tarix: 15-07-2024 | Saat: 11:42
Bölmə:Karusel / Siyasət | çapa göndər

Türkiyə səfiri Azərbaycan xalqını təbrik etdi Yeni Sabah

"Bu gün bir sıra dövlətlər FETÖ-nün üzvlərinə öz ərazilərində sığınacaq verib".

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı İqtisad Universitetinin Türk Dünyası İşlətmə Fakültəsinin binasında 15 iyul Türkiyədə Çevriliş cəhdinin 8-ci ildönümünə həsr olunan tədbirdə deyib.

O vurğulayıb ki, ölkəsinin bu təşkilata qarşı mübarizəsi bundan sonra da davam edəcək:

"FETÖ hələ də təsir dairəsində olduğu ölkələrdə əldə etdiyi gəlirləri ölkəmizə və onun rəhbərliyinə qarşı mübarizədə istifadə edir. Onların əsas məqsədi "Düşmənimin düşməni mənim dostumdur" - prinsipini son ana qədər dəstəkləməkdən ibarətdir. FETÖ təkcə onun başçısı Fətullahdan ibarət deyil. Onun arxasında dayanan qüvvələr bu təşkilatın məhvinə, yox olmasına imkan vermir. Buna görə də ölkəmizin FETÖ, PKK, DHKPC kimi təşkilatlarına qarşı mübarizəsi bu gün də dünya miqyasında davam edir və davam edəcək".



Xəbəri paylaş

153 dəfə oxunub.

Digər xəbərlər