Saytımızı qiymətləndirin


 
 

Professordan XƏBƏRDARLIQ - Azərbaycanda yeni virus yayılıb
Tarix: 16-05-2023 | Saat: 22:16
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Professordan XƏBƏRDARLIQ - Azərbaycanda yeni virus yayılıb

Azərbaycanda vətəndaşlar arasında son dövrlər boğaz ağrısı ilə müşahidə olunan yeni virus yayılıb. Bu xəstəliyin əsas əlaməti boğaz ağrısı olsa da günlərlə davam etməsi insanları narahat etməyə başlayıb.

Vətəndaşlar arasında bir həftə boğaz ağrısından əziyyət çəkənlərə də rast gəlinir.

Əhali arasında boğaz ağrısı ilə müşahidə olunan virusun yayılması zamanı hansı tədbirlər görülməlidir? İnsanlar bu virusdan necə qoruna bilər?

BAKU.WS saytı bu suallara cavab almaq üçün professor, tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət edib. Professor bildirib ki, hazırda ölkə üzrə respirator infeksiyalar davam edir: "Boğaz ağrısı ilə keçən bu xəstəlik də virus xəstəliyidir. Lakin birmənalı şəkildə demək olmur ki, bu, koronavirusun davamıdır, yoxsa başaqa bir respirator infeksiyadır. Məsələ ondadır ki, respirator infeksiyalar yuxarı tənəffüs yolları infeksiyaları ilə paralel davam etdiyindən eyni qaydalara əməl olunmalıdır.

Virusa yoluxan şəxslər digərlərini yoluxdurmamaq üçün maska taxmalı, məsafə saxlamalı, yataq rejimində olmalı, çoxlu maye qəbul etməli və xəstəliyi ağırlaşdırmamalıdır. Eyni zamanda immun sisteminin möhkəmləndirilməsinə diqqət yetirmək lazımdır. Hazırki dövrdə vitaminli qidalara üstünlük vermək olduqca vacibdir".(Yeni Sabah)



Xəbəri paylaş

185 dəfə oxunub.

Digər xəbərlər