Saytımızı qiymətləndirin


 
 

Bakıda səkilərin zəbt olunmaması üçün basdırılan tumbalar niyə çıxarılır? 
Tarix: 31-01-2024 | Saat: 16:43
Bölmə:Karusel / Sosial | çapa göndər

Bakıda səkilərin zəbt olunmaması üçün basdırılan tumbalar niyə çıxarılır? 

 

Paytaxtın bəzi küçələrində səkilərin zəbt olunmaması üçün basdırılan tumbalar çıxarılıb. Yasamal rayonu Kamal Rəhimov küçəsi də bunlardan biridir. Burada yol kənarında olan tumbalar yerdəki beton dağıldılaraq sökülüb. Sökülən tumbaların kim tərəfindən və hansı məqsədlə söküldüyü bəlli deyil.

 

Ehtimal olunur ki, ərazidə bu hadisənin baş verməsinə səbəb avtomobillərin səkilərdə parklana bilməsi üçündür. Əgər bu doğrudursa, onda əziyyət çəkənlər, şübhəsiz ki, piyadalar olacaq.

 

Qarabaginfo.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov məsələyə aydınlıq gətirib.

 

O qeyd edib ki, Bakı şəhərinin müxtəlif ərazilərində səkilərin avtomobil nəqliyyat vasitələri tərəfindən zəbt olunmaması üçün tumbalar quraşdırılır.

 

"AYNA əməkdaşlarının həmin quraşdırılmış tumbaların yerləşdiyi ərazilərə baxışı zamanı tumbaların əksəriyyətinin və onların metal başlıqlarının oğurlanması faktları aşkarlanır.  Zədələnmiş tumbaların sayı müəyyən edilir və mərhələli qaydada təmir olunur. Dəymiş ziyanın aradan qaldırılması üçün, əlbəttə ki, sənədləşdirilmə işi aparılır və hüquq-mühafizə orqanlarına araşdırmaq üçün göndərilir”.

 

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev söyləyib ki, tumbalar vasitəsilə avtomobil yolunu səkidən ayırmaq dünya təcrübəsində də istifadə edilir:

 

“Bakıda demək olar ki,  səkilərin hamısı zəbt olunub. Bu zəbtin qarşısını almaq üçün məhz bu cür tumbalar  quraşdırmağa ehtiyac var. bir çox aparıcı dünya şəhərlərində bu praktika illərlə tətbiq olunur. Bir çox şəhərlərdə artıq piyada hərəkəti ümumi hərəkətin bir hissəsi sayırlar. Hətta onu şəhər ierarxiyasında ən üst hissə kimi sayırlar. Piyadaların hərəkət edə bilməsi üçün həm şərait yaradılmalı, həm də onlar qorunmalıdır”, - o, "Azərtac"a açıqlamasında bildirib.

 

Avtomobil istifadəçiləri bunu bilməlidir ki, zəbt etdikləri piyada səkisi piayadaların avtomobil yolu ilə hərəkət etməsini məcburi edir. Bu məcburiyyət isə ən pis halda qəza və ölümlə nəticələnə bilər.



Xəbəri paylaş

198 dəfə oxunub.

Digər xəbərlər