Saytımızı qiymətləndirin

Vətən müharibəsi şəhidləri haqda ensiklopedik kitabın təqdimatı olub- Fotolar
Tarix: 17-03-2022 | Saat: 16:52
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bu gün "LIBRAFF Park Akademiya” kitab mağazasında TEAS Press Nəşriyyat evində çapa olunan “Memorial. Vətən müharibəsi şəhidləri” kitabının I cildinin təqdimat mərasimi keçirilib.

Qarabaginfo.az xəbər verir ki, tədbirdə millət vəkilləri, yazıçılar, mədəniyyət və incəsənət xadimləri, “YAŞAT” Fondunun nümayəndələri ilə yanaşı şəhid ailələrinin üzvləri də iştirak edib.  

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev Vətən müharibəsi şəhidlərini hörmətlə yad edib.

"YAŞAT" Fondunun fəaliyyətinə toxunan Xalq yazıçısı qeyd edib ki, Vətən Müharibəsi qazilərinin müalicəsi fondun dəstəyi ilə davam etdirilir: “121 qazi "YAŞAT" Fondunun dəstəyi ilə Türkiyəyə müalicəyə aparılıb və artıq Vətənə qayıdıblar”.

Xalq şairi Ramiz Rövşən bildirib ki, qəhrəmanların adlarını yaşatmaq mənəvi borcdur: “44 gün bizi güzgü şəklində həm özümüzə, həm də dünyaya tanıtdı. Qəhrəman əsgərlərimiz bizim arzularımızdan da sürətli, çevik oldu. O qəhrəman adları əbədiyyən yaşatmaq həm bizim borcumuzdur, həm də məsuliyyətimizdir”.

Kitabın redaktoru Kərim Kərimli isə qeyd edib ki, şəhidlərin həyatını araşdırarkən mediada gedən məlumatlarda bir xeyli yanlış və təhriflərə şahid olublar: “Bu kitabın sosial şəbəkələrdə, saytlarda və digər nəşrlərdə yayımlanan məlumatlardan əsas fərqi odur ki, buradakı məlumatlar bir-bir incələnib və tam dəqiqləşdirilib. Hər bir şəhid ailəsi ilə ayrı-ayrılıqda əlaqə saxlanılaraq bütün faktlar və bioqrafik məlumatlar həmin ailələrin bilavasitə özləri ilə təsdiqlədilib”.

"YAŞAT" Fondunun direktor müavini Rəbiyyə Cəfərova jurnalistlərə açıqlamasında bildirib ki, nəşr olunan kitab şəhid ailələrinə paylanılıb: “Kitabın birinci cildi 957 şəhid ailəsinə artıq təqdim olunub. Satışdan əldə olunan gəlir isə "YAŞAT" Fonduna ianə ediləcək və bu vəsait şəhid ailələrinin, qazilərimizin, müharibə iştirakçılarımızın həyat şəraitinin yaxşılaşdırılması məsələlərinə sərf olunacaq".

Qeyd edilib ki, kitabın ikinci və üçüncü cildləri artıq çap prosesinə hazırdır.

Xatırladaq ki, kitaba Vətən müharibəsində (27.09.2020 – 10.11.2020), həmçinin azad edilmiş torpaqlarda Azərbaycan Ordusunun mövqelərinin möhkəmləndirilməsi prosesinin davam etdiyi 2021-ci il dekabrın 31-dək olan müddətdə şəhadətə ucalmış qəhrəmanlarımız barədə məlumatlar daxil edilib.

Birinci cilddə soyadları əlifba sırası ilə A, B, C, Ç, D, E, Ə, F, G hərfləri ilə başlayan 957 Zəfər savaşı qəhrəmanı haqda məlumatlar yer alır. Şəhidlərin siyahısı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin son rəsmi məlumatları əsasında tərtib olunub. “Təltifləri” bölməsində hər bir şəhidə verilmiş orden və medalların siyahısı istisnasız olaraq yalnız Prezidentin müvafiq sərəncamlarına istinadən bir-bir dəqiqləşdirilib. (APA)

Vətən müharibəsi şəhidləri haqda ensiklopedik kitabın təqdimatı

Vətən müharibəsi şəhidləri haqda ensiklopedik kitabın təqdimatı

Nurəddin Mehdixanlı

Ramiz Rövşən

Rəbiyyə Cəfərova

Vətən müharibəsi şəhidləri haqda ensiklopedik kitabın təqdimatı

Kərim Kərimli

Nurəddin Mehdixanlı

Vətən müharibəsi şəhidləri haqda ensiklopedik kitabın təqdimatı

Vətən müharibəsi şəhidləri haqda ensiklopedik kitabın təqdimatı

Çingiz Abdullayev

Xəzər Süleymanlı

Vətən müharibəsi şəhidləri haqda ensiklopedik kitabın təqdimatı

Vətən müharibəsi şəhidləri haqda ensiklopedik kitabın təqdimatı

Xəbəri paylaş

1260 dəfə oxunub.

Digər xəbərlər