Tarix: 24-06-2022 | Saat: 16:04
Bölmə:Karusel / Region | çapa göndər
“Rusiya Azərbaycan rəhbərliyinin baş verənlərlə bağlı balanslı və məsuliyyətli münasibətini yüksək qiymətləndirir”.
“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.
“Biz uzun illər yığılan, nəinki Ukraynada və onun ətrafında, həm də Avropada təhlükəsizlik sahəsində – bütün arxitekturası əvvəllər razılaşdırılan, lakin son illərdə qərbli həmkarlarımız tərəfindən sistematik şəkildə məhv edilən – mövcud şəraitə gətirib çıxaran vəziyyətlə bağlı Azərbaycanın anlayışını yüksək qiymətləndiririk”, - o söyləyib.
Rusiya XİN rəhbəri Azərbaycanla diplomatik dialoqun inkişafından razı qaldıqlarını vurğulayıb: “Bu da ikitərəfli iqtisadi, humanitar və xarici siyasətlə bağlı digər əlaqələrimizdə əməkdaşlığı tamamlamağa yardım göstərir”.
Digər xəbərlər