Saytımızı qiymətləndirin


 
 

“Rusiyadan silah alınması ilə bağlı əsas məsələlər həll olunub”- Erməni nazir
Tarix: 31-01-2024 | Saat: 15:34
Bölmə:Karusel / Region | çapa göndər

Rusiyadan silah alınması ilə bağlı əsas məsələlər həll olunub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın maliyyə naziri Vaqe Ovannisyan bildirib.

Nazir xatırladıb ki, bu kimi məsələlərlə bağlı müzakirələr açıqlanmır, lakin onun bildiyi qədər bütün əsas məsələlər həll olunub.

“Ən azı, Müdafiə Nazirliyindəki tərəfdaşlarımdan sualların qaldığına dair heç bir siqnal almamışam”, – nazir bildirib.

Daha əvvəl Ermənistan hakimiyyəti bildirirdi ki, ödənişi edilsə də, Rusiya İrəvana silah və hərbi texnika tədarük etmir. Bəzi mənbələrə görə, söhbət 250 milyon, bəzilərinə görə isə 400 milyon dollardan gedir.

Daha sonra müdafiə nazirinin müavini Q.Sarkisyan bildirib ki, Ermənistan bu məsələləri Rusiya ilə məhkəmə çəkişmələrində deyil, ortaqlıq məntiqi ilə həll etməyi düzgün hesab edir. Yanvarın 28-də Sarkisyan deyib ki, müzakirə olunan məsələlər var, lakin onların həlli yolları tapılacaq.



Xəbəri paylaş

154 dəfə oxunub.

Digər xəbərlər