Saytımızı qiymətləndirin


 
 

Sabah 30 dərəcə isti olacaq
Tarix: 19-04-2021 | Saat: 13:20
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sabah 30 dərəcə isti olacaq

 

Aprelin 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 19-24, Bakıda gecə 11-13, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli  yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 12-17, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoz 

Abşeron yarımadasında yaz havası gözlənilir ki, bu da əksər insanlar üçün əlverişlidir.



Xəbəri paylaş

1333 dəfə oxunub.

Digər xəbərlər