Saytımızı qiymətləndirin


 
 

COP28-in Prezidenti: Dubayda əldə etdiyimiz konsensusa baxmayaraq daha çox iş görməliyik
Tarix: 11-11-2024 | Saat: 11:36
Bölmə:Karusel / Siyasət | çapa göndər

Muxtar Babayev COP29-un Prezidenti təyin edildi - 07.01.2024, Sputnik Azərbaycan

"Hazırda qlobal səviyyədə bərpa olunan enerji potensialının artırılması üzrə təşəbbüsə 55 dövlət rəsmən qoşulub, lakin bu say artırılmalıdır".

Qarabaginfo.az xəbər verir ki, bu sözləri COP29-un açılış mərasimi zamanı COP28-in Prezidenti Sultan Ahmad Al-Jaber bu statusda sonuncu çıxışında bildirib.

O deyib ki, indiki məqamda ABŞ, BƏƏ, Körfəz ölkələri və digər regionlardan olan şirkətlər karbonsuzlaşdırma təşəbbüsünə qoşulub:

"Mən burada sonuncu çıxışımı edirəm. Bu statusda mən BMT-nin bütün heyətinə təşəkkür edirəm. COP28-dən keçən dövr ərzində sonrakı aylarda həyata keçirdiyimiz tədbirlər göstərdi ki, dünya bərpa olunan enerjinin potensialını artırmağa hazırdır. Hazırda bu təşəbbüsə 55 dövlət rəsmən qoşulub. Bu, real təşəbbüslərə əsaslanıb. ABŞ, BƏƏ, Körfəz ölkələri və digər regionlardan olan şirkətlər karbonsuzlaşdırma təşəbbüsünə qoşulmaqla nümunə göstəriblər. Ayrı-ayrı sahələr bir-birilə əməkdaşlıq şəraitində fəaliyyət göstərərsə, biz iqlim dəyişikliyi ilə mübarizə sahəsində daha geniş və səmərəli nəticələrə nail ola bilərik. Burada ən kritik faktor effektiv maliyyələşmə mexanizmlərinin hazırlanması və həyata keçirilməsidir. Bu sahəyə cəlb olunan investisiyalar nəticəsində İtki və Zərərlərə Cavab Verən Fondun hesabına 853 milyon dollar vəsait cəlb olunub. COP28 zamanı biz bir sıra uğurlu presedentlərin yaradılmasına nail olmuşuq. Orada qəbul olunan yol xəritəsi 1,5 dərəcəlik hədəfə nail olunmasına təkan verəcək. Dubayda əldə etdiyimiz konsensusu tarixi adlandırmaq olar, lakin, biz daha çox iş görməliyik".



Xəbəri paylaş

33 dəfə oxunub.

Digər xəbərlər
5-05-2023, 13:13 Adanada ZƏLZƏLƏ