BMT: Şimali Koreyanın yeni raket sınaqları gərginliyi artırır
Tarix: 05-05-2022 | Saat: 07:04
Bölmə:Karusel / Dünya | çapa göndər
1326 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 05-05-2022 | Saat: 07:04
Bölmə:Karusel / Dünya | çapa göndər
Koreya Xalq Demokratik Respublikasının (KXDR) həyata keçirdiyi yeni raket sınaqları beynəlxalq gərginliyin artmasına səbəb olur.
Qarabaginfo.az xəbər verir ki, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.
"Əvvəlki sınaqlar və ballistik raket texnologiyasından istifadə edilən digər fəaliyyətlər yalnız regional və beynəlxalq gərginliyin artmasına xidmət edir. Baş katib KXDR-i beynəlxalq öhdəliklərə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tam əməl etməyə çağırır", - Düjarrik bildirib.
Cənubi Koreya hakimiyyətinin məlumatına görə, KXDR bu gün səhər saatlarında Pxenyanın kənarından Yapon dənizinə doğru ballistik raket atıb. Ümumilikdə ilin əvvəlindən KXDR 10-dan çox raket sınağı keçirib.
Xəbəri paylaş
Digər xəbərlər
4-01-2023, 11:14
Zakir Həsənov döyüş hazırlığını yoxlayıb tapşırıqlar verdi - Video
4-10-2022, 10:05
İsmayıllıda məktəbliyə 5 bıçaq xəsarəti yetirilib
22-02-2023, 11:39
Neftin qiyməti 85 dollardan aşağı düşdü
16-05-2026, 19:07
“ABŞ-la F-35 təyyarələri ilə bağlı danışıqlar davam edir” –ƏRDOĞAN
20-06-2025, 10:14
İsrail Rəşt şəhərini vurdu
27-02-2024, 17:13
Bakı Təşəbbüs Qrupu petisiya başladıb
28-07-2020, 16:35
Azərbaycan beş ayda 426 ton qarpız idxal edib

















