“Nə Moskva, nə də Kiyev öz məqsədlərinə nail ola biləcək və ona görə də bu münaqişə dayanmalıdır”.
Qaerabaginfo.az xəbər verir ki, bunu rusiyalı milyarder Oleq Deripaska deyib.
Onun fikrincə, hər iki tərəf döyüşü dayandırmalıdır: “Mən başa düşə bilmirəm ki, niyə hər iki tərəf bunu başa çatdıra bilmir. Başa düşmürəm ki, kimsə qarşıya qoyulan məqsədə necə nail ola biləcək? F-16, F-35 verəcəksiniz? Əldə edilə biləcək yeganə şey daha çox əzab çəkmək, daha çox can itkisi, daha çox yaralı, bəlkə də 5-10 kilometr sola və ya sağa…”, – iş adamı bildirib.
Deripaska onu da bildirib ki, Qərbin sanksiyalarının görünməmiş təzyiqinə məruz qalan Rusiya iqtisadiyyatının dayanıqlılığı onun üçün sürpriz olub: “Cəmi bir neçə ay əvvəl özəl sektorun belə çeviklik nümayiş etdirəcəyini ağlıma belə, gətirə bilməzdim. İqtisadiyyatın 30 faizə qədərinin çökəcəyinə az-çox əmin idim, lakin bu, daha az oldu. Bəli, müxtəlif subsidiyalar və dövlət dəstəyi var, amma yenə də yavaşlama təəccüblü dərəcədə kiçik oldu. Özəl sektor öz fəaliyyətini davam etdirməyin və uğurla fəaliyyət göstərməyin yolunu tapdı”.