Saytımızı qiymətləndirin


 
 

Tanınmış jurnalist dələduzların hədəfində - xanımlar aldadıldı
Tarix: 13-01-2024 | Saat: 12:55
Bölmə:Karusel / Multimedia | çapa göndər

Tanınmış jurnalist dələduzların hədəfində - xanımlar aldadıldı

 

“Artıq bir neçə ildir ki, mütəmadi olaraq mənə Balzak və daha üst yaşlı xanımlar iradlar bildirirlər, söyürlər, ingiliscə beşmərtəbəli qarğışlar, özü də dünyanın müxtəlif yerlərindən, Braziliyadan tutmuş Avstraliyaya qədər”.

Qarabaqinfo.az -ın məlumatına görə, bunu tanınmış jurnalistö-bloger Azər Qərib bildirib.

O, təzyiqlərlə üzləşməsinin səsəbini də açıqlayıb.
 

Bildirib ki, kimlərsə onun fotolarımı götürüb feysbukda feyk profillər yaradır və xanımlara mesajlar yazırlar

“Yazırlar ki, ay sən necə də gözəlsən, ay mən səni görən kimi aşıq oldum, ay nə bilim nə, basıb-bağlayırlar bir sözlə.
Yaşlı əcnəbi xanımlara da bir hay lazım, əriyib gedirlər ki, gör e, mən dəyərəm min cavana filan və başlayır yazışma romanı..
...Beləcə yazışırlar bir müddət, sənsiz mənə həyat yoxdur filan və günlərin bir günü aferist gədənin üzü çönür, qaş-qabağ yerlə gedir, komplimentlər azalır, bəs nə məsələdir?

Xanım nigaran olur ki, birdən mənə olan sevgin azalar haa, nə olub, həyatım, nədir səni üzən?

O da qətvəni götürüb başlayır ağlamağa ki, bəs mənə təcili pul lazımdır, çəmisi 5-10 min dollar, bir neçə günə qaytaracam, çünki 100 milyon alaçağım var, sadəcə bank köçürməni gecikdirir.

Xanım da sevinir ki, sən demə iş məndə deyil, sevgisi yerindədir, amma kişidir də, bu kişilərin hamısı belədir, işləri dara düşən kimi eşq filan yaddan çıxır, qoy buna borc verim ki, yenidən alovlansın bizim əbədi məhəbbətimiz.

Və lazım olan məbləq köçür "sevgilisi" dediyi hesaba”.

A.Qəribin sözlərinə görə, pul hesaba köçən kimi dələduzlar itib-batırlar.
 

“Aferist dərhal aradan çıxır, profili bağlayır və gedib yenisini açır başqa adamların şəkilləri ilə.

Bəs xanım nə edir? Şəkili verir axtarışa və gəlib çıxır mənim profilimə.

Sonra isə iradlar başlayır ki, sən yalançısan, mən səni tutduracam, qaytar mənim pulumu və s.”.



Xəbəri paylaş

1220 dəfə oxunub.

Digər xəbərlər